Moskvada təşkil olunan iftar mərasimində "Azərbaycan günü"

Moskvada təşkil olunan iftar mərasimində

Rusiyanın paytaxtı Moskva şəhərində qurulan Ramazan çadırında fərqli inanclara mənsub dini nümayəndələr iftar yeməyində bir araya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən dini nümayəndələr Ramazanın sülh və tolerantlıq iqlimini daha da yumuşaltdığını dilə gətiriblər.

Rusiya Müftilər Şurasının və Moskva Meriyasının himayəsi ilə təşkil olunan iftarda 500 yaxın qonaq iştirak edib. İftar süfrəsini açıq elan edən Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin Ramazanın bərəkət ayı olduğunu diqqətə çatdırıb. İftara Rusiya Yəhudi Birlikləri Konqresi, Rusiya Ortodoks, Katolik Kilsələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və müsəlman ölkə diplomatları da qatılıb. İştirakçılar arasına Tatarıstanın yeni təyin olunmuş müftisi Kamil Samigullin də qoşulub.

Moskvada bu il 8-ci olaraq təşkil edilən ənənəvi Ramazan çadırının fəaliyyəti bu gündən etibarən Ramazanın sonuna qədər açıq qalacağı, çadırda dini ayrı-seçkilik edilmədən hər kəsin iftar zamanı yemək yeyə biləcəyi deyilir. Qurulan çadırın daxili divarları üzərində comərdliyin və fədakarlığın altı çəkilən ayə və hədislərlə də rast gəlinir.

Qeyd edək ki, Ramazanın yerdə qalan günlərinin hər biri nəzərdə tutulmuş ölkələrin iftar günü kimi qeyd ediləcək. Bu çərçivədə günlər Türkiyə Günü, Azərbaycan Günü, Qırğızıstan Günü, Türkmənistan Günü kimi bölüşdürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə