Kanadalılar suriyalı gənc üçün meydana axışdılar

Kanadalılar suriyalı gənc üçün meydana axışdılar

Kanadanın Toronto şəhərində polisin 18 yaşlı Suriya əsilli bir gənci vuraraq öldürməsinə etiraz olaraq nümayiş keçirilib. SİA-nn xarici mətbuata istinadən verdiyi xəbərə görə, müsəlman olduğu iddia edilən gəncin süriyalı bir ailədən olduğu məlum olub. Onun öldürülməsinə etiraz edən yüzlərlə insan Dundas meydanında toplaşaraq Toronto Polis İdarəsinin binasına qədər piyada gediblər.

Nümayiş zamanı onlar "Sammy üçün ədalət" və "Utanın!" kimi şüarları səsləndiriblər. Təhlükəsizlik xidmətinin müdiri Bill Blair təşkil etdiyi mətbuat konfransında: "Gəncin ailəsinə ən dərin kədərimi bildirirəm. Bir ata olaraq ağrılarını paylaşıram və mən də xalqın maraqlandığı sualların cavablarını gözləyirəm. İstintaqı icra edənlərə zaman verək", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə