Suriya hərbi hava qüvvələrinə aid təyyarənin Türkiyə sərhədinə yaxın Halepə Anadan qəsəbəsindəki şəhid Həzmə məscidinə etdiyi bombalı hücum nəticəsində 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya Ümumi İnqilab Şurasının səlahiyyətlisi (SRGC) Saleh Əbu Leyla Əsəd ordusunun məscidə etdiyi hücum əsnasında Qurani-Kərim dərsi keçən 4 müəllimənin və 8 şagirdin həlak olduğunu bildirib. Məscidin tamamilə dağıldığını deyən səlahiyyətlinin sözlərinə görə, dəhşətli hücumda yaralananlar Türkiyənin Kilis şəhərindəki xəstəxanalara aparılıb.
Əbu Leyla rejimin xüsusilə Ramazan ayında məscidləri hədəfə aldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB