Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə münaqişənin yeganə mümkün həll yoludur və buna az vaxt qalıb. RİA Novosti-nin verdiyi məlumata görə, bunu Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri deyib.
C.Kerri İsraildən və Fələstin Muxtariyyətindən olan müzakirəçilər Tsipi Livni və Saeb Erekatla birgə mətbuat konfransında bildirib: "İki dövlət əsasında həyati əhəmiyyətli qərar yeganə həll yoludur. Bunu həyata keçirmək üçün az vaxtımız var".
Dövlət katibi qeyd edib ki, Yaxın Şərqdə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqları bərpa edən israillilər və fələstinlilər 9 ay ərzində problemin yekun həllinə nail olmağa cəhd edirlər.
Onun sözlərinə görə, danışıqlar yaxın vaxtlarda başlayacaq: "Tərəflər formal danışıqlara başlamaq üçün iki həftə ərzində ya İsraildə, ya da Fələstin ərazilərində görüşəcəklər".
Con Kerri vurğulayıb ki, İsrail və Fələstindən olan müzakirəçilər çərşənbə axşamı ABŞ Prezidenti Barak Obama və vitse-prezident Co Baydenlə "çox müsbət" görüş keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB