Vertolyot qəzasında iş adamları ölüb

Vertolyot qəzasında iş adamları ölüb

Rumıniyanın şimal-qərbində vertolyot havada hərəkət edərkən qəzaya uğrayıb. SİA-nın xəbərinə görə, uçuşdan bir neçə dəqiqə sonra dərinliyi 2 metr olan gölə düşən vertolyotdakı 5 sərnişin həyatını itirib. Qazanın baş verdiyi Taureni şəhərinin bələdiyyə sədri Ovidiu Petru Oltean hadisə zamanı 3 alman işadamının, Sorin Terbea adlı rumıniyalı iş adamının və vertolyotun pilotunun öldüyünü bildirib.

Təcili yardım xidmətinin rəsmisi Cristian Boeriu isə qəzada həlak olan 4 nəfərin cəsədlərinin göldən çıxarıldığını, beşincinin isə vertolyotda bağlı qaldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə