Qatarlar toqquşub: 35 nəfər xəsarət alıb

Qatarlar toqquşub: 35 nəfər xəsarət alıb

İsveçrədə sərnişin qatarları toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Vaud Kanton polisi Bern şəhərinin 50 kilometr cənub qərbində yerləşən Granges-pres Marnand dəmiryolu stansiyasının yaxınlığında yerli saatla 19:00 radələrində iki qatarın toqquşması barədə məlumat yayıb. İlkin məlumata əsasən, qəzada 35 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır. Polis idarəsindən verilən məlumata əsasən, qəzada ağır yaralanan 5 sərnişin Lozanna şəhəri yaxınlığındakı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb olunub. Sərnişinlər qatardan çıxarılsa da, hələ ki, maşinisti kabinədən çıxarmaq mümkün olmayıb.

İlkin məlumatlara görə, maşinist qəza zamanı ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə