ABŞ-ın Pennsilvaniya ştatında baş verən vertolyot qəzasında beş nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nyu Yorkun Greater Binghamton hava limanından hərəkət edən vertolyot bir müddət sonra havada hərəkət istiqamətini itirib. Daha sonra hava limanı ilə rabitə əlaqəsi kəsilən vertolyot Pennsilvaniya ştatının Noxen bölgəsinə düşüb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan bütün sərnişinlər həlak olub.
Qeyd edək ki, araşdırmalar nəticəsində vertolyotun düşdüyü bölgədə şiddətli fırtınanın olduğu məlum olub. Lakin fırtınanın qəzaya səbəb olub-olmaması hələ də araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB