Ermənistan əhalisi qazdan odun yanacağına keçir

Ermənistan əhalisi qazdan odun yanacağına keçir

Qazın, elektrik enerjisinin, nəqliyyatın və digər zəruri malların qiymətlərinin artması onsuzda yoxsulluq vəziyyətində yaşayan Ermənistan əhalisini güzəranını daha da ağırlaşdıracaq.

Bu bəyanatla Yerevanda keçirdiyi mətbuat konfransında tanınmış etnoqraf alim Qranuş Haratyan çıxış edib.

Onun sözlərinə görə belə şəraitdə təbii resursları, xüsusilə də meşələri qorumaq mümkün olmayacaq. Çünki, su isitmək, yemək hazırlamaq, çay qaynatmaq üçün hamı odundan istifadə edəcək. Əhali qazdan odun yanacağına keçəcək.

Etnoqraf xanımın verdiyi məlumata görə regionlardakı meşələrin ətrafındakı kəndlərin əhalisi qazdan imtina edərək, ağacları qırmağa başlayıblar. Onlar bunu məcburiyyət qarşısında qalaraq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə