Obama Qurani-Kərimdən ayə oxudu

Obama Qurani-Kərimdən ayə oxudu

ABŞ prezidenti Barak Obama Ağ Evdə iftar süfrəsi verib. SİA-nın xəbərinə görə, Obama iftarda çıxış edərək Ramazan ayında ailə üzvlərinin və yaxın insanların sevgi və hörmət çərçivəsində bir süfrə ətrafına yığışdıqlarını deyib. Ramazanda fərdlərin bir-birlərinə, qonşularına və ehtiyac sahiblərinə yardım etdiklərini deyən ABŞ prezidenti müsəlmanların müqəddəs kitabı Qurani-Kərimdən sitat gətirərək: "Hər kim zərrə qədər xeyir əməl görərsə, qarşılığında da xeyir görəcək" - ayəsini oxuyub.

Obama İslam dininin tarix boyunca ABŞ-ın formalaşmasında rol oynadığını bildirib.

Qeyd edək ki, iftarda bəzi konqres üzvləri və ölkədə fəaliyyət göstərən səfirliklər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə