Parlament qarşısında zəncirli aksiya

Parlament qarşısında zəncirli aksiya

Bolqarıstanda hökumət əleyhdarları parlament qarşısında qollarını zəncirlərləyərək aksiya keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etirazçılar polisin onların aksiya keçirmələrinə mane olduqları üçün belə bir təşəbbüs irəli sürərək, paytaxt Sofiyada hökumət və bir sıra siyasi partiyalara qarşı şüarlar səsləndiriblər. Qollarını zəncirləyən nümayişçilərin başlıca şüarı "Azadlıq istəyirik" olub. Təşkil olunmuş mitinqin qarşıdurmasız və heç bir insidentə rast gəlmədən başa çatmasına baxmayaraq, şəhərin mərkəzi yollarının bağlanması əhalinin narahatlığına səbəb olub.

Qeyd edək ki, paytaxt Sofiyada etiraz mitinqi 42 gündür davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə