2-si polis olmaqla 22 nəfər güllələnib

2-si polis olmaqla 22 nəfər güllələnib

Meksikada silahlı şəxslər polis bölməsinə hücum edərək 2-si polis olmaqla 22 nəfəri güllələyiblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha sonra Michoacan ştatında yolları bağlayan və bəzi yerlərdə polisləri pusquya salan silahlılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 20 nəfər silahlı şəxs öldürülüb.

Qarşıdurmalarda 2 polisin həyatını itirdiyi, 15-nin isə yaralandığı bildirilib.

Qeyd edək ki, Michoacan ştatının Los Reyes bölgəsində iki gün əvvəl də 5 nəfərin silahlı şəxslər tərəfindən öldürülməsi barədə məlumat verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə