Rusiya, Suriyada 200 mülki Kürdün girov götürülməsini qınadı

Rusiya, Suriyada 200 mülki Kürdün girov götürülməsini  qınadı

Rusiya Xarici İşlər Nazirliyi, terror təşkilatı Əl-Qaidə ilə əlaqədə olan 200 mülki kürdün Suriyanın şimal-şərqində əsir götürülməsini sərt bir tərzdə qınayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyindən edilən açıqlamada kürd əhalisinin sıx olduğu Suriyanın şimalında yerləşən Ras Əl Ayn və Tel Abyadda vəziyyətin həddindən artıq gərgin olduğu bildirilib: "Onlar öz evlərini radikal İslami təşkilatların hücumlarından qorumaq üçün, mübarizə aparırlar. Moskva, Suriyanın şimal-şərqində yaşayan və Suriyanın siyasi-hərbi münaqişəsində iştirak etməyən mülki kürd əhalisinə yönəlmiş beynəlxalq terror vəhşiliyini, qəti şəkildə qınayır".

Rusiya Xarici İşlər Nazirliyi sözügedən vəziyyətlə əlaqədar Suriya tərəfinin ölkələrində mövcud olan beynəlxalq terror qruplarının təxribatlarına qarşı yumruq kimi birləşmələrinin zəruriliyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə