İraqın Kərkük şəhərində yerləşən iki məscidə bombalı hücum təşkil edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kərkük polisi şəhərin cənubundakı Azar bölgəsində aralarında beş dəqiqə fərq olmaqla Salehi və Ömər bin Əbdüləziz məscidlərinə bomba atıldığını bildirib. İlkin məlumatlara görə, baş verən hadisələrdə 12 nəfər ölüb, 33 nəfər yaralanıb.
Polis hər iki məsciddə təravih namazının qılındığı vaxtda baş verən partlayışda yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB