İran xarici işlər naziri Əli Əkbər Salehi, Hizbullahın silahlı dəstəsini terror təşkilatları siyahısına daxil edən Avropa İttifaqını qınayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, nazir belə bir qərarın irəli sürülməsini siyasi və hüquqi meyarlara zidd hesab edib: "Livan torpaqlarında xalqın dəstəyini qazanan qanuni bir müqavimət təşkilatını terrorist olaraq ləkələmək zəif bir məntiqin məhsuludur. Avropa İttifaqı bu qərarı ikili standart tədbiq edərək, sionist bir rejimin təsiri altında verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB