Obama kral ailəsini təbrik etdi

ABŞ prezidenti Barak Obama İngiltərə taxtının varisi şahzadə William və onun həyat yoldaşı Kateini körpələrinin dünyaya gəlməsi münasibəti ilə təbrik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbrikə Obamanın həyat yoldaşı Mişel Obama da qoşulub. Körpənin ABŞ və İngiltərə arasında yaxın əlaqələrin ən yüksək həddə olduğu bir dövrdə dünyaya gəldiyini deyən Barack Obama Amerika xalqının yeni şahzadənin dünyaya gəlməsinidən böyük sevinc hissi duyduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə