Suriya tərəfindən açılan atəş nəticəsində Türkiyə ordusunun üç hərbiçisi yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin Hatay bölgəsinin Altınözü qəsəbəsinin Qıyıgörən kəndindəki sərhəd qarnizonundakı qaroul vəzifəsini icra etdiyi zaman əsgərlərə Suriyə tərəfindən atəş açılıb. Onlar vəzifələrini icra edərkən qaçaqçılar tərəfindən atəşə məruz qalıblar. Nəticədə biri gizir olmaqla, üç hərbçi yaralanıb. Qarnizondan da onlara cavab atəşi açılıb.
Antakya Dövlət Xəstəxanasına yerləşdirilən hərbiçilərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB