Misirdə baş verən hərbi çevrilişdən sonra keçirilən etiraz nümayişləri davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxt Qahirədə Rabiatul Ədəviyyə və Nahda meydanlarında təşkil edilən nümayişlərdə minlərlə misirli iştirak edib. Misir bayrağı ilə Mursinin şəkillərini götürən nümayişçilər çevrilişi pisləyərək Mursini dəstəkləyən şüarlar səsləndiriblər.
Qeyd edək ki, Misirin üçüncü böyük şəhəri Mənsurada çevrilişə etirazını bildirən nümayişçilərə silahlı hücum olub və hadisədə biri uşaq, üçü qadın olmaqla dörd nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB