İraqda terror aktları səngimir

İraqda yenidən terror aktı törədilib. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir. Sünnilər yaşayan ərazilərin birində cümə namazı zamanı partlayıcı qurğunun işə salınması nəticəsində 20 nəfərin öldüyü bildirilib. Yerli polis və səhiyyə orqanları müqəddəs Ramazan ayının başlandığı ilk gündən İraqda 50 nəfərin, iyul ayının birindən isə indiyə kimi 300 nəfərdən çox insanın terror aktlarının qurbanı olduğu barədə məlumat veriblər.

Xatırladaq ki, İraqda terror aktlarının əksəriyyəti yerli şiə, sünni və etnik kürd qruplaşmaları arasında gedən liderlik savaşı zəminində baş verir.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə