Günəş sistemindən ən uzaqda yerləşən Neptun planetinin sayca 14-cü peyki kəşf olununb. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Aeronavtika və kosmik fəzanın öyrənilməsi mərkəzi məlumat verib. Kəşfin müəllifi Mark Şoulter 1984-cü ildən həmin mərkəzdə - Kaliforniya tədqiqatlar institunda işləyir. O, əvvəllər yerətrafı sivilizasiyaların öyrənilməsi ilə məşğul olub. "Xabll" teleskopunun köməyilə kəşf olunan peykin diametrinin 19 km olduğu və ona S2004/N1 adı verildiyi bildirilir. Neptundan 105,2 min km uzaqlıqda – Larisa və Protey peykləri arasında yerləşən peyk planet ətrafında tam dövrəni 23 saat ərzində başa çatdırır.
Peyk ölçülərinin kiçik olmasına və parlaqlığına görə Neptundan 100 milyon dəfə geri qaldığı üçün hələ 1989-cu ildə "Voyacer" adlı kosmik aparat Neptun yaxınlığından keçərkən onu müşahidə edə bilməmişdi.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB