"Bild" qəzetinin verdiyi məlumata görə, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) ABŞ Milli Təhlükəsizlik Agentliyinin (ANB) elektron vasitələrdən istifadə etməklə vətəndaşları geniş miqyasda izlədiyini çoxdan bilirdi.
Qəzet yazır ki, əvvəlki illərdə oğurlanmış Almaniya vətəndaşları xaricə aparıldığı hallarda BND ABŞ-ın xüsusi xidmətlərindən dəfələrlə kömək istəmişdir. Bu halda konkret olaraq həmin vətəndaşların danışıqları barədə müxtəlif kommunikasiya vasitələrinin köməyi ilə məlumat verilməsindən söhbət gedirdi.
İnsanların həyatı üçün təhlükə yarandıqda ANB oğurluq qurbanlarının kommunikasiya məlumatlarını 72 saat ərzində, məhkəmənin lazımi icazəsi olmadan əldə edə bilirdi.
ANB tərəfindən təqdim edilən məlumatlar AFR-də girov götürülmüş almanların azad edilməsi üçün yaradılan böhran qərargahlarına daxil olurdu.
"Bild" Amerikanın hökumət dairələrinə istinadla yazır ki, ANB-nin vətəndaşlar haqqında praktiki olaraq geniş miqyasda informasiya toplanması və bu informasiyadan istifadə edə bilməsi BND-yə məlum idi.
Qəzet ABŞ-ın hökumət mənbələrinə istinadla yazır: "Almaniya və ABŞ-ın xüsusi xidmətləri arasında çoxillik əməkdaşlıq olması məlumdur. Federal hökumət bu əməkdaşlığın detallarını açıqlamır, yalnız bu məqsədlə parlament komissiyası yarandığını bildirirdi.
"Bild" elə həmin mənbələrdən öyrənmişdir ki, "PRİSM" və bəzi başqa tam məxfi proqramlar "ABŞ vətəndaşları olmayan şəxslərin demək olar ki, bütün elektron kommunikasiyasının" xaricdə, o cümlədən Almaniyada da dinlənməsini əhatə edir.
Danışıqlar haqqında məlumatlar, adətən həmin məlumatlar alındıqdan 3-6 ay sonra silinir, elektron poçt vasitəsilə yazışmalar barədə məlumatlar isə əbədi saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB