Pakistanda qızların təhsil hüququnu müdafiə etdiyi üçün taliblər tərəfindən başından güllə ilə vurulan Malala Yusifzai BMT kürsüsündə çıxışına "Bismillah"la başladı və dinləyicilər tərəfindən dəqiqələrcə alqışlandı. Malala kürsüyə Pakistanın sui-qəsdə qurban getmiş xanım baş naziri Benazir Bhuttonun çəhrayı şalını başına örtərək çıxıb.
Malalanın ad günü olan 12 iyulu "Malala günü" elan edən BMT-nin baş katibi Pan Ki Mun 16 yaşlı qızı tədbir iştirakçılarına "Ümidin rəmzi" kimi təqdim edib.
Malalanın təxminən 17 dəqiqə davam edən cəsur çıxışnı bütün nümayəndələr ayaq üstə alqışlayıblar. Riqqətə gələn bəzi nümayəndələr isə göz yaşlarını saxlaya bilməyiblər.
"Hesab etdilər ki, güllələr bizi susduracaq. Amma heç nə əldə edə bilmədilər. Terrorçular fikirləşdilər ki, məni hədəflərimdfən döndərə bilərlər. Amma heç nə dəyişilməyib. Zəiflik, qorxu və ümidsizlik öldü. Əvəzində güc, cəsarət və səy göstərmək yarandı" – deyə Malala çıxışında bildirib.
Qeyd edək ki, BMT kürsüsündəki çıxışı ilə dünya mətbuatının gündəminə yerlşən Malala 2012-ci ilin oktyabr ayında məktəbə gedərkən taliblər tərəfindən başından güllə ilə vurulmuşdu. Onun Pakistanda başlayan müalicəsi İngiltərədə davam etmişdi. Malala Yusifzai ölkəsində qızların təhsili üçün başladılan kampaniyanın da simasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB