İsrail Suriyanın raket bazasını məhv etdi

Suriyanın Rusiyadan aldığı raketlərin saxlanıldığı anbarda partlayış və yanğın baş verib
İsrail Suriyanın raket bazasını məhv etdi
Rusiyanın Suriyaya göndərildiyi iddia edilən "P-800 Yaxont" adlı gəmi əleyhinə raketlərin saxlandığı silah anbarı İsrail tərəfindən məhv edilib. Türkiyə mətbutına istinadən xəbər verilir ki, hazırda ABŞ rəsmi dairələri bəyan ediblər ki, İsrail döyüş təyyarələri Suriyanın liman şəhəri olan Latakiyada Bəşər Əsəd rejiminə aid hərbi anbara raket zərbəsi endiriblər. Bunun nəticədə anbarda güclü partlayış və yanğın baş verib. Buna baxmayaraq İsrail tərəfi hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, sürətli səsə malik, qanadlı "P-800 Yaxont" raketləri güclü radio elektron əks-təsirə malik suüstü gəmilərin məhv edilməsi üçün nəzərdə tutulub. 8 metr və 3 ton ağırlıqda olan raketlərin uçuş məsafəsi 300 kilometrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB