Con Kennedinin qızı səfir təyin olunub

Con Kennedinin qızı səfir təyin olunub

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin 55 yaşlı qızı Kerolayn Kennedi ölkəsinin Yaponiyadakı səfiri təyin olunub. SİA-nın İtar-tass agentliyinə istinadən verdiyi xəbərə görə, K.Kennedinin bu posta namizədliyi təsdiq olunub.

Yaponiya hökumətinin baş katibi Yosxide Suqa bu təyinatın Yaponiyada rəğbətlə qarşılandığını, Yaponiya və ABŞ arasındakı sıx əməkdaşlıq əlaqələrini daha da gücləndirəcəyini bildirib.

Xatırladaq ki, Con Kennedi 1963-cü ildə öldürülən zaman onun yeganə qızı Kerolaynın 5 yaşı var idi. Hüquq təhsili alan və yazıçı kimi də məşhur olan Kerolayn 2008 və 2012-ci illərdə seçki kampaniyası vaxtı Barak Obamanı fəal surətdə dəstəkləyib.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə