Rusiya Dövlət Başçısı Vladimir Putin ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onlar danışıq zamanı Moskvanın Şeremetyova hava limanında tranzit bölgədə qalan Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Edward Snowden haqqında hər tərəfli müzakirələr ediblər.
Mövzu ilə əlaqədar açıqlama verən Putinin mətbuat katibi Dmirti Peskov, hər iki liderin söhbət əsnasında ikitərəfli əməkdaşlıq, təhlükəsizlik mövzusularına da toxunduqlarını qeyd edib. Peskov: "Amerika tərəfinin istəyinə görə, Rusiya və ABŞ prezidentləri arasında sözügedən telefon görüşməsi reallaşıb", - deyib.
Qeyd edək ki, Snowden Putin-Obama görüşündən bir neçə saat öncə Şeremetyova Hava limanında yerli və xarici hüquq müdafiəçiləri ilə bir araya gəlib. O, Rusiyada qalmaq istədiyini deyərək ABŞ ilə əlaqələrinə zərər vermək istəmədiyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB