Dünya Vətəndaşları Hökuməti beynəlxalq təşkilatı Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşı Edvard Snovdenə dünya pasportu verdiyini açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadan verdiyi xəbər görə, bu pasportun Snovdenə çox da faydası olmayacağı deyilir. Belə ki, təşkilatın pasportunu yalnız Ekvador, Moritanya, Tanzaniya kimi ölkələr tanıyır.
Qeyd edək ki, Moskva Hava Limanında saxlanılan Snovdenin siyasi sığınma tələbini qəbul edən Venesuella onun paytaxt Karakasa gəlməsini gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB