Ramazan ayı sabahdan başlayacaq

Ramazan ayı sabahdan başlayacaq

Səudiyyə Ərəbistanında Ramazan ayı sabahdan başlayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı səmada ayparanın görünmədiyini qeyd edərək Ramazanın 10 iyul tarixində başlanacağını elan edib.

İordaniya, Fələstin və Livan da bu qərarı dəstəklədiklərini, vətəndaşlarının sabahdan etibarən oruc tutacaqlarını bildiriblər.

Qeyd edək ki, artıq bir neçə ildir İslam dünyasında Ramazan ayının başlanğıc tarixi barədə fikir ayrılıqları yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə