Misir qan gölünə çevrilib

Qahirədə Respublika Mühafizəkarları Qərargahı qarşısında Məhəmməd Mursi tərəfdarlarına açılan atəş nəticəsində ölənlər və yaralananlar var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, etirazlarını Respublika Mühafizəkarları Qərargahı qarşısında davam etdirən "Müsəlman Qardaşlar"ın üzvlərinə silahlı şəxslər tərəfindən atəş açılıb. Şahidlərin sözlərinə görə, hadisə nəticəsində 34 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Yaralıların xəstəxanalara yerləşdirildiyi və ölənlərinin sayının artacağının istisna olunmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə