Aİ: "Misirdə seçkilərin keçirilməsi mütləqdir"

Aİ: "Misirdə seçkilərin keçirilməsi mütləqdir"

Misirdə ordunun rəhbərliyi ələ keçirməsini hakimiyyətə qarşı "zərbə" olaraq görməyən Avropa İttifaqı (Aİ) misirliləri qısa müddətdə dialoq vasitəsilə seçkilər keçirməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton Misirdə son günlərdə yaşanan hadisələrin çox sayda insanın ölümünə yol açdığından kədərləndiyini və qarşıdurmalara son verilməsinin vacib olduğunu deyib.

"Vətəndaşlar arasında cəbhə yaratmaq Misirin qarşılaşdığı mövcud problemlərin həlli ola bilməz. Yalnız dialoq yolu ilə insanlar seçkilərin keçirilməsinə şərait yaratsalar, Misirdə demokratik və sabit bir dövr başlaya bilər", -deyə Eşton əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə