Misirdə kürsü davası qızışır

Mohammed əl-Baradei baş nazir ola bilmədi
Misirdə kürsü davası qızışır

Beynəlxalq Atom Agentliyinin keçmiş rəhbəri Mohammed el-Baradei baş nazir olacağı xəbəri yalanlanıb. Xarici mətbuata istinadən verilən məlumata görə, Mohammed el-Baradei hələlik vəzifəyə seçilmədiyini prezidentin mətbuat katibi Əhməd əl-Meselamani bildirib.

O, bu haqda məlumatı müvəqqəti prezident Mənsur və Baradei birgə mətbuat konfransını gözləyən jurnalistlərə verib.

Əvvəlcə mətbuat konfransında Mənsurun Baradeiyə hökuməti qurma vəzifəsinin verildiyini şəxsən açıqlayacağı və jurnalistlərin suallarının cavablandırılacağı bildirilərək mətbuat nümayəndələri Misir prezidentinin mətbuat otağına dəvət edilib.

Buraya toplaşan jurnalistləri iki saat gözlətdikdən sonra isə prezidentin mətbuat katibi Əhməd əl-Meselamani Baradei vəzifəyə gətirilməsi xəbərini rədd edərək mətbuat yığıncağını ləğv edib.

Jurnalistlər açıqlama istəsələr də əlavə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə