Prezident Zeman istefaya gedən hökumət üzvlərini Praqa qradına dəvət edib
Çexiya Prezidenti Miloş Zeman Baş nazir vəzifəsini tərk edən Peter Neças və onun istefaya gedən hökumətinin üzvlərini iyulun 8-də, bazar ertəsi günü Praqa qradına dəvət edib. Bəzi KİV-lərin məlumatlarına əsasən, istefaya gedən kabinet üzvlərinin əksəriyyəti müxtəlif səbəblərə görə həmin görüşdə iştirakdan imtina edib.
Çex dövlətinin başçısı iyulun 10-da, çərşənbə günü iqtisadçı İrji Rusnokun rəhbərliyi ilə yeni məmur mütəxəssislər hökumətini təyin edəcək.
Peter Neçasın rəhbərlik etdiyi kabinet çərşənbə günü sonuncu dəfə iclas keçirib. Görüşdə digər məsələlərlə yanaşı, iyun ayında baş vermiş daşqınların nəticələrinin aradan qaldırılması və elmi tədqiqatlara büdcə xərclərinin artırılmasının vacibliyi müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB