Muammer Gülər: Çadırların qurulmasına imkan verməyəcəyik

Muammer Gülər: Çadırların qurulmasına imkan verməyəcəyik

Türkiyənin daxili işlər naziri Muammer Gülər deyib ki, parklarda, əsas yollarda toplantıların və yürüşlərin keçirilməsinə imkan verilməyəcək. Bu haqda "Anadolu" agentliyi məlumat verib.

Məlumata görə, Gülər bildirib ki, parklarda toplantıların keçirilməsinə yol verə bilmərik və verməyəcəyik.

"Toplantı və yürüş olmadan Gezi Parkdan istədikləri kimi istifadə edə bilərlər. Çadırların qurulmasına imkan verməyəcəyik. Qanunsuz toplantı və yürüş olsa, polislə, hər cür maşın və texnika ilə orada olacağıq. Hazırda İstanbulda təkrar qanunsuz aksiyalara təhriklər var. Polis də buna icazə vermir. Bu olduqca təbiidir" - deyə Gülər əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə