Prezident Edward Snowdenə ölkəsində sığınacaq təklif etdi

Prezident Edward Snowdenə ölkəsində sığınacaq təklif etdi

23 İyun tarixindən bu günə qədər sığınmaq üçün 21 ölkəyə müraciət edən Edward Snowdenə ilk sığınacaq təklifi Venesuelanın dövlət başçısı Nicolas Madurodan gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən təklif Venesuelanın müstəqillik gününün qeyd olunması mərasimində edilib. Ölkənin paytaxtı Caracasda çıxış edən dövlət başcısı ,"Bizə dost olan ölkələrin nəzərinə çatdırmaq istəyirəm ki, biz Edward Snowdeni beynəlxalq insan hüquqları çərçivəsində qorumağa qərar veririk", -deyib.

Qeyd edək ki, Moskvanın Şeremetyevo hava limanında qalan Edward Snowden, Vaşinqtonun bütün səylərinə baxmayaraq, Rusiya tərəfindən ABŞ səlahiyyətlilərinə hələ də təslim edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə