Partlayışda 17 nəfər ölüb

Bağdad şəhərinin Keriat bölgəsinin Ali Baş Məscidinə bombalı hücum təşkil edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məsciddə şiə müsəlmanları namaz qılarkən içəri daxil olan şəxs üzərində olan bombanı partladıb. Hadisə nəticəsində 17 nəfər ölüb, 31 nəfər yaralanıb.

Hazırda Bağdad polisi tərəfindən hücumu hansı qruplaşmanın həyata keçirdiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə