Cənubi Koreya hökuməti yenidən Şimali Koreyaya görüş təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, keçən ay Cənubi Koreya ilə Şimali Koreya arasında danışıqlar aparılması nəzərdə tutulurdu, lakin bir sıra səbəblərdən görüş təşəbbüsü nəticəsiz qalmışdı.Təklifdən bir ay keçməsinə baxmayaraq, Seul rəhbərliyi Şimali Koreyaya bu gün yenidən görüş təklif edib. Təklif sərhəd ərazisində yerləşən Panmoonjeomdakı əlaqə bürosunun qırmızı xətti vasitəsi ilə həyata keçirilib.
Qeyd edək ki, Pyongyang rəhbərliyinin gün ərzində Cənubi Koreyanın görüş təklifinə cavab verməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB