Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz, prezident seçkiləri keçirilənə qədər Misirə rəhbərlik edəcək Məhəmməd Adli Mənsuru təbrik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əbdüləziz, həmçinin baş qərargah rəisi Abdulfəttah əs-Sisiyi də təbrik edib.
Kralın Məhəmməd Adli Mənsura göndərdiyi təbrik məktubunda deyilir: "Sizi, Misirin bu kritik dövründə ölkəni idarə edəcəyiniz üçün təbrik edirəm. Allaha, qardaş Misir xalqının xəyallarını reallaşdıracağınız zaman ərzində yükünüzü yüngülləşdirməsi üçün dua edirəm. Misir ordusunu, General Abdulfəttah əs-Sisinin şəxsən təbrik edir, ölkəni sonu bilinməyən qaranlıq tuneldən çıxardığı üçün ona təşəkkür edirəm. Allah Misirin sabitliyini və təhlükəsizliyini qorusun!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB