ABŞ-ın insansız hava qüvvələri Pakistanın Şimali Vəziristan bölgəsində yerləşən Miramşah qəsəbəsinə gecə saatlarında hücum təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum zamanı 17 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Kəşfiyyat orqanlarından əldə edilən məlumata əsasən, hücum zamanı adı məxfi saxlanılan komandir hədəf alınıb.
Pakistan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar bu gün səhər saatlarında açıqlama verib. O, baş vermiş hücumu törədənləri günahlandıraraq, ABŞ-ın Pakistanın suverenliyini və ərazi bütövlüyünü pozduğunu, hücumlara son verilməsini istəyib: "Belə hücumlar öz məqsədlərinə çatmayacaq, törətdikləri əməllərlə yalnız insan haqqlarını pozmuş olacaqlar. Bu cür hücumlar iki ölkə arasında mövcud olan əlaqələrə də zərər verir".
Qeyd edək ki, 2008-ci ildən başlayan ABŞ hücumları ictimaiyyətdə Amerika əleyhdarlarının çoxalmasına zəmin yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB