Çində yaşlıların mütəmadi ziyarət edilməsini nəzərdən tutan "Yaşlıların hüquq və maraqlarının qorunması haqqında qanun" qüvvəyə minib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qanun ölkənin artmaqda olan yaşlı əhalisinin problemlərini həll etmək üçün qəbul olunub.
Çin rəsmiləri yaşlı qohumların və valideynlərin davamlı olaraq ziyarət edilməsinin vacibliyini vurğulayıblar. Əhalinin yaşlı ailə üzvlərinə qarşı soyuq münasibət, onların psixologiyasına pis təsir etdiyindən, bu kimi rəftara qarşı cəza tətbiq olunacaq.
Yeni qanuna görə, işəgötürən müəssisələr işçilərinə valideyn ziyarəti üçün icazə verəcək və bu hüquq dövlət zəmanəti altına alınacaq. Bununla yanaşı, qanunda yaşlılara yaşadıqları evin kirayə pulunun müəyyən qisminin ödənilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Çində 2011-ci ilin statistikasına görə, 60 yaşdan yuxarı 184 milyon insan yaşayır və bu da ölkə əhalisinin 13,7 faizini təşkil edir. Çində yaşlı əhalinin sayının 2033-cü ilə qədər 400 milyonu aşacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB