ABŞ ilə AB arasında casusluq skandalı
AB Vaşinqtondan izahat istədi

Fransanın xarici işlər naziri Loren Fabius ABŞ xüsusi xidmət orqanlarının AB qurumlarında casusluq etdiyinə dair iddialarla bağlə Vaşinqtondan izahat istəyib.

Almaniyanın "Spiegel" dərgisində yer alan iddialarla bağlı mətbuata açıqlama verən Fabius Vaşinqton və Brüsseldəki ABŞ rəsmilərilə əlaqə yaradaraq məlumat istədiklərini deyib.

"Spiegel" jurnalı ABŞ Milli Təhlükəsizlik Agentliyinə məxsus məlumatları sızdırdığı üçün xəyanətdə ittiham edilən Eduard Snoudeni mənbə göstərərək ABŞ-ın Brüssel və Vaşinqtondakı AB qurumlarını qanunsuz olaraq dinlədiyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə