Sahibini qorumaq istədiyi üçün onu güllələdilər...

Sahibini qorumaq istədiyi üçün onu güllələdilər...

ABŞ-ın Kaliforniya ştatının Hawthorn şəhərində dəhşətli hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sahibi polis tərəfindən nəzarətə götürülən it onu qorumaq istəyərkən, polislər tərəfindən dəfələrlə açılan atəş nəticəsində öldürülüb.

Məlumata görə, Leon Rosby adlı şəxslə polislər arasında irqçilik mövzusunda mübahisə yaranıb. Daha sonra polislər onu nəzarətə almaq üçün yaxınlaşıblar. Leon Rosby itini avtomobilinə qoyaraq polislərə təslim olub. Sahibini polislərdən qorumaq üçün açıq şüşədən yola atılan it onların üstünə cumub. Polis məmurları itdən xilas olmağa çalışsalar da, buna müvəffəq ola bilməyiblər. Nəticədə onlar itə 6 dəfə atəş açaraq onu öldürüblər.

Leon Rosbynin vəkili Michael Gulden Hawthorne Polis Departamentini polislərin iti öldürdüklərinə görə məhkəməyə verəcəklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə