Obama: "Məhəmməd Mursi müxalifətə hörmət etməlidir"

Obama: "Məhəmməd Mursi müxalifətə hörmət etməlidir"

ABŞ prezidenti Barak Obama Misir prezidenti Məhəmməd Mursinin demokratik formada seçildiyini, lakin müxalifətə və azad qruplara hörmət etmədiyini bildirib. SİA-nın məlumatına görə, Cənubi Afrika səfərindən sonra Tanzaniyanı ziyarət edən Obama Misirdəki nümayişlərlə əlaqədar verdiyi şərhdə aksiyalarda şiddətin qorxuducu bir səviyyəyə çatmadığını deyib: "Lakin bununla belə, nümayişlər qorxunc vəziyyətə çata bilər. Mən həm hökuməti, həm də müxalif tərəfləri şiddətə meyilli olmamağa çağırıram".

Qeyd edək ki, artıq bir həftəyə yaxındır ki, Misirdə prezident Məhəmməd Mursinin istefa verməsi və seçkilərin yenidən keçirilməsi tələbilə nümayişlər təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə