ABŞ-ın Arizona əyalətində, kolluq ərazidə sürətlə yayılan yanğını söndürməyə çalışan 19 xilasedici həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın Phoenix şəhərinin 129 kilometr şimal-qərbində yerləşən Yarnell qəsəbəsində baş verib. Amerika Yanğın Hava Nəqliyyatı xidmətindən verilən açıqlamaya görə, xilasedicilər hadisə baş verdikdən dərhal sonra əraziyə gəliblər. Lakin alov külək nəticəsində daha çox əraziyə yayıldığından, qarşısını almaq çətinlik törədib. Bu da 19 xilasedicinin ölümü ilə nəticələnib. Ölənlər arasında qadın əməkdaşların da olduğu bildirilir.
Qeyd edək ki, yanğın nəticəsində 1000 hektar əraziyə zərər dəyib. Zərərçəkmiş qəsəbə sakinlərinin evləri boşaldılıb, onlara müvəqqəti sığınacaq verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB