Misirin 17 şəhərində prezident Məhəmməd Mursinin tərəfdarları və əleydarları arasında yaranan qarşıdurmalarda azı 7 nəfər ölüb, 600-ü isə yaralanıb. SİA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 5 nəfəri paytaxt Qahirənin cənub hissəsində vəfat edib. Daha 2 nəfər isə hakim "Müsəlman qardaşları" partiyasının qərargahına hücum zamanı həyatını itirib.
Mitinqin təşkilatçıları arasında olan "Təmərrud" gənclər hərəkatının fəalları bildiriblər ki, son 2 ay müddətində ölkə başçısı Məhəmməd Mursinin istefaya getməsi üçün 22 milyon imza toplayıblar.
Misir prezidenti Məhəmməd Mursi açıqlamasında tutduğu postdan istefa verməyəcəyini bildirib. Ancaq bununla belə, o, dialoqa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Misir müxalifəti bir qədər əvvəl ölkə başçısına hakimiyyətdən getməsi üçün 2 gün vaxt vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB