Danimarka terror təşkilatının maliyyə qaynaqlarını kəsdi
Danimarka prokurorluğu PKK terror təşkilatına maliyyə yardımı tolplayan 11 nəfərin həbs olunması haqqında qərar qəbul edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, araşdırmalar zamanı həbs olunan şəxslərin PKK üçün Danimarka və digər Avropa ölkələrində 130 milyon kron (18 milyon avro) toplayaraq yolladıqları bəlli olub.
Danimarkanın baş prokuroru bunu terror təşkilatına yardım ittihamı ilə bağlı ən böyük cinayət işi adlandırıb. O qeyd edib ki, barələrində cinayət işi qaldırılanlar PKK ilə sıx əlaqələri olan şəxslərdir və onların hamısı terror təşkilatının liderlərindədir. Yerli qanunvericiliyə görə, saxlanlımış şəxslərin hər birini 10 ilə qədər həbs cəzası gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB