Kosovadan Ərdoğana dəstək mitinqi

Kosovadan Ərdoğana dəstək mitinqi

Kosovada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana dəstək vermək məqsədiylə "Milli İradəyə Dəstək" mitinqi təşkil edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mitinq Kosovalı türklərin üstünlük təşkil etdiyi Prizrendə təşkil olunub.

Mitinqə PDK, KDTP, Boşnak, Rom Partiyaları ilə yanaşı qeyri-hökumət təşkilatlarının üzvləri də qoşulub. "Kosovo hər zaman sənin yanında" şüarı atılanda keçirilən mitinqdə Türk, Alban və Boşnak bayraqları dalğalanıb. Türkiyənin hər zaman Kosova xalqının yanında olduğunu söyləyən KDTP sədri Mahir Yağcılar, "Bu gün biz də Baş nazir Ərdoğanın yanında olduğumuzu göstərmək istəyirik" deyib.

Makedoniyadan gələn Dövlət Naziri Hadi Nezir də, Balkan xalqının hər zaman Baş nazir Ərdoğanın yanında olduğunu, onun siyasətini dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, mitinq təxminən 1 saata yaxın davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə