Müdafiə Nazirliyi təkzib etdi

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Tartus şəhərində yerləşən sualtı hərbi bazanın başaldılması ilə əlaqədar irəli sürülən iddiaları təkzib edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazirlik məsələ ilə bağlı səsləndirilən fikirlərin gerçəkliyi əks etdirmədiyini bəyan edib: "Tartus bazasında hərbi personal fəaliyyət göstərmir, lakin rusiyalı vətəndaşlar uzun müddətdir ki, bazada çalışırlar. Hərbi bazanın fəaliyyəti normal şəkildə davam edir".

Nazirlik hərbi bazanın Rusiyanın əhəmiyyətli obyektlərindən biri olduğunu və ondan məqsədə uyğun şəkildə istifadə edildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə