ABŞ Senatı yeni qərar qəbul etdi

ABŞ Senatı yeni qərar qəbul etdi

ABŞ Senatı İmmiqrasiya İslahatı Qanunu Lahiyəsini təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, lahiyə 4-ü Respublikaçlardan, digər 4-ü isə Demokratlardan ibarət olan senatorlar tərəfindən hazırlanıb. Bir neçə senatorun birləşdiyi bu qrup 'Gang of Eight' adlandırılıb. Bu lahiyə 11 milyon qeyri-qanuni immiqranta şamil edilib. Senatın təsdiqlədiyi layihədə sərhəd təhlükəsizliyinin artırılması üçün yeni tənzimləmələr də öz əksini tapıb. Layihədə təhlükəsizliyin artırılması üçün yaranan əlavə xərclərin isə immiqrantlardan alınacaq ödənişlərlə ödənilməsi irəli sürülüb. İqtisadçıların bir qisimi layihənin qəbul edildiyi tədqirdə immiqrantların amerikan iqtisadiyyatına yük olacağını qeyd ediblər. 68 səslə qəbul edilən qərara ən çox respublikaçılar qarşı çıxıb.

Layihəni qəbul edən Senata təşəkkür edən Obama bundan sonra eyni səyi Nümayəndələr Məclisindən gözlədiyini söyləyib: "Heç kim istədiyini ala bilmədi. Nə Demokratlar, nə Respublikaçılar, nə də mən! Amma əminəm ki, Senat layihəni təstiqləməklə düzgün qərar qəbul etdi".

Obama mövzu ilə maraqlanan hər kəsi bu sağlam fikirli lahiyəni dəstəkləməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə