İraqda törədilən bombalı hücumlarda 5 nəfər ölüb, 9 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Bağdadın şimalında yerləşən Azamiye səmtində çayxanaya atılan bombanın partlaması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Digər bir bombalı hücum isə Baxibə şəhərində baş verib. Polis bölməsinə edilən hücumda 2 polis ölüb, 2-si isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB