Misir nümayişlərə hazırlaşır

Ordu və polis yalnız ictimai təşkilatları qoruyacaq
Misir nümayişlərə hazırlaşır

Günlərdir yanacaq doldurma məntəqələrində davam edən növbələrin həyatı iflic etdiyi Misirdə nümayişlərin keçirilməsi gözlənilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 30 iyun tarixindən ehtibarən keçirilməsi nəzərdə tutulan nümayişlərlə əlaqədar olaraq misirlilər dükanlara "hücum" edib. Məlumata görə, nümayişlərdə iştirakçıların ilkin tələbləri qida çatışmazlığı ilə əlaqədar olacaq.

Bundan başqa Misirin ilk demokratik lideri Məhəmməd Mursinin iqtidara gəlişinin birinci ildönümü ilə bağlı olaraq 30 iyunda ölkə müxalifəti də böyük mitinqlər təşkil edəcək. Müxalif partiyalarının, qeyri-hökumət təşkilatlarının, keçmiş rejim mənsublarının və media münayəndələrinin dəstəklədiyi nümayişlərdə Mursidən istefaya getməsi tələb olunacaq.

Ordu və polisin yalnız ictimai təşkilatları qoruyacağını deyən Mursi əleyhdarlar və tərəfdarlar arasında qanlı qarşıdurmaların yaşanacağını deyib.

Qeyd edək ki, hələ ötən gün baş verən bənzər qarşıdurmalarda 2 nəfər ölüb, 200-dən çox insan isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə