Bazar ertəsindən başlayan yağışlar Çex Respublikası üçün yenidən daşqın təhlükəsi yaradıb. Praqada günün ikinci yarısında Çertovka çayı üzərindəki avtomat su bəndələrini bağlayır və sahildən artıq şeyləri yığışdırmağa başlayırlar.
Vltavada daşqın təhlükəsinin birinci mərhələsi elan edilə bilər. Meteoroloqlar Çexiyanın şərqində və Cənubi Moraviyada daşqın təhlükəsini xüsusilə yüksək olduğunu bildirirlər.
Krkonoşedəki Şpindlerov Mlın dağ-xizək kurortu yaxınlığında Elba çayının səviyyəsi çərşənbə axşamı günortaya qədər daşqının üçüncü-ən yüksək səviyyəsinə uyğun olub.
Kralovoqradetski diyarının digər çaylarında da suyun səviyyəsi qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB