Türkiyə PKK ilə mübarizədə 6 mindən çox hərbçi itirib

Türkiyə PKK ilə mübarizədə 6 mindən çox hərbçi itirib

Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətə başladığı 1984-cü ildən etibarən PKK yaraqlıları ilə mübarizə nəticəsində ümumilikdə 6205 hərbi qulluqçu həlak olub. Bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib.

Nazirin sözlərinə görə, hərbçilərin ölümü ən çox Hakkari, Van, Şırnak, Bingöl və Elazığ vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, PKK yaraqlıları mayın 8-dən etibarən Türkiyə ərazisini tərk etməyə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə